Şirkətlər
Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az





(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
ŞirkətlərSaytın xəritəsi
Iş elanları
/
İş elanları
/
Satış və müştəri xidməti
/
Satış üzrə mütəxəssis
/
Gəncə
/
Satış Təmsilçisi

Osmanlı Taxıl MMC

Satış Təmsilçisi

1000 ₼ / ayda

№ 275967
Dərc edilib: 18.11.2026
Baxış sayı: 539
Elanı Seçilmişlərə əlavə edin
Şəhər
Gəncə
Yaş
25 yaşdan 45 yaşadək
Təhsil
Orta
İş təcrübəsi
3 ildən 5 ilə qədər

İş barədə məlumat

İş yeri: Gəncə şəhəri və ətraf rayonlar

İş qrafiki: Tam iş günü (09:00 – 18:00)

Əmək haqqı: Sabit maaş + satışdan bonus (KPI əsasında yüksək gəlir imkanı)

Şirkət təklif edir:

Rəsmi qeydiyyat (AR Əmək Məcəlləsinə uyğun);

Rəqabətə davamlı sabit əmək haqqı və satış həcminə uyğun limitsiz bonus sistemi;

Korporativ nömrə və yanacaq xərclərinin təminatı;

Peşəkar və inkişaf yönümlü iş mühiti.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Un satış təmsilçisi" qeyd etməklə [osmanlitaxil@gmail.com] ünvanına göndərə bilərlər.


Öhdəliklər

Təhkim olunmuş ərazi üzrə mövcud müştərilərlə (çörək sexləri, şirniyyat evləri, topdansatış məntəqələri, marketlər) işləmək və yeni müştəri bazası formalaşdırmaq;

Məhsul çeşidlərini (əla, 1-ci və 2-ci növ unlar və s.) müştərilərə təqdim etmək, keyfiyyət göstəriciləri barədə dolğun məlumat vermək;

Sifarişlərin vaxtında qəbulunu və çatdırılma prosesinə nəzarəti təmin etmək;

Debitor borcların vaxtında yığılmasına nəzarət etmək və hesabatlılığı aparmaq;

Bazar araşdırması aparmaq, rəqiblərin qiymət və kampaniyalarını izləmək;

Gündəlik və aylıq satış planlarını icra etmək, rəhbərliyə mütəmadi hesabat vermək.


Tələblər

Təcrübə: B2B və ya FMCG (xüsusilə un, taxıl, qida məhsulları) sahəsində minimum 1-2 il satış təcrübəsi;

Sürücülük vəsiqəsi: B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması üstünlükdür (yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır);

Çörək sexləri və topdansatış şəbəkələri ilə işləmə bacarığı və əlaqələrinin olması;

Yüksək ünsiyyət, inandırma və danışıqlar aparma qabiliyyəti;

Məsuliyyətli, punktual və nəticə yönümlü olmaq.

Vakansiyaya müraciət et

Format (5 MB): doc, docx, pdf
Bu məlumatlar həm indi, həm də növbəti müraciətlər zamanı işəgötürənə təqdim olunacaq.

OT

Osmanlı Taxıl MMC
Satış Təmsilçisi

1000 ₼ / ayda

Elanı Seçilmişlərə əlavə edin